a4032f2e-efaf-4c3e-b0ec-96a0bd87363b..jpg

Politoloq: “İrəvan istəyir ki, Qarabağın erməni əhalisi beynəlxalq strukturun qanunu altında yaşasın” – VİDEO

Baxış sayı: 397 dəfə baxılıb.

Politoloq: “İrəvan istəyir ki, Qarabağın erməni əhalisi beynəlxalq strukturun
qanunu altında yaşasın” – VİDEO

“BMT Təhlükəsizlik Şurası çox vacib bir mərhələ idi, uğursuz oldu, lakin onlar
eyni istiqamətdə gedəcəklər. Nəticədə onlar Qarabağı Azərbaycanın bir hissəsi
olduğunu rəsmən tanımaq istəyirlər”.

Bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey
Markov Ermənistanın təşəbbüsü ilə bir müddət əvvəl BMT Təhlükəsizlik Şurasının
Laçın yolu ətrafındakı vəziyyətlə bağlı keçirilən iclası barədə danışarkən
deyib.

Politoloq bildirib ki, buna baxmayaraq, onlar Qarabağ ərazisində yaşayan
erməni sakinlərin Azərbaycan hökumətinin qayda-qanunu ilə deyil, hansısa başqa,
Ermənistanla dost münasibətlərində olan beynəlxalq strukturun qanunları altında
yaşamasına nail olmaq istəyirlər:

“Məsələn, Fransa kimi beynəlxalq aləmdə ermənipərəst maraqlarını nümayiş
etdirən bir ölkə olsun. Hesab edirəm ki, Nikol Paşinyan və Emmanuel Makronun bu
ssenarini həyata keçirmək üçün planları var. Bunu həyata keçirmək üçün
“humanitar fəlakəti” simulyasiya etmək qərarına gəliblər”.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link