Poroşenkonun korteci yaşlı piyadanı vurdu

Poroşenkonun korteci yaşlı piyadanı vurdu

Baxış sayı: 3. 056 dəfə baxılıb.

Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenkonun korteci yola çıxan yaşlı kişini vurub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə ictimai fəal Serqey Orlov öz “Facebook” səhifəsində yazı paylaşıb.

“Baba nizamlayıcının hərəkəti qadağan edən işarəsində yolu keçirdi. Prezidenti müşayiət edən maşının kapotuna çırpıldı” deyə Orlov yazır.

Qocanı vuran maşın yol qəzasından əvvəl saatda 80 km sürətlə hərəkət edib.

İctimai fəalın sözlərinə görə, yaşlı kişi toqquşmadan sonra sağ qalıb və xəstəxanaya aparılıb.

 Yol qəzası martın altısında yerli vaxtla 11:45 radələrində baş verib. Prezident kortecinə aid digər avtomobillər hərəkətə davam etdiyi vaxtda, qocanı vurmuş maşın hadisə yerini tərk etməyib.

Zərərçəkən müstəqil şəkildə ayağa qalxıb və post patrul əməkdaşlarının köməkliyi ilə ona ilkin yardım göstərilib, təcili tibbi yardım çağırılıb.  Həkimlər onun bədənində orda dərəcəli xəsarətlər qeydə alıb.

.
www.ÇıxışYolu.Com