ef78d947-e455-425a-8680-c8e0931e17da..jpg

Premyer Liqa: “Araz-Naxçıvan” “Kəpəz”i Gəncədə məğlub edib – VİDEO

Baxış sayı: 635 dəfə baxılıb.

Premyer Liqa: “Araz-Naxçıvan” “Kəpəz”i Gəncədə məğlub edib – VİDEO

Azərbaycan Premyer Liqasında V turun oyunları davam edir.

Cixisyolu.com-ın məlumatına görə, bu gün turun daha bir görüşü keçirilib.

Günün ilk matçında “Kəpəz”lə “Araz-Naxçıvan” Gəncədə üz-üzə gəliblər. Hər iki
komandanın 4 xalla 8-9-cu yerləri bölüşdürməsi matçın prinsipiallığını artırıb.

Mövsümün startında “Neftçi” və “Qarabağ”ı büdrədən “Kəpəz” budəfəki rəqibi ilə
bacarmayıb. Naxçıvan təmsilçisi səfərdə 2:1 hesablı qələbə qazanıb. 40-cı
dəqiqədə penaltidən fərqlənən Orxan Əliyev beş dəqiqə sonra dublunu
rəsmiləşdirib. Mate Kvirkviyanın 78-ci dəqiqədə penaltidən vurduğu qol isə
“Kəpəz” üçün təsəlli topu olub. Bu nəticədən sonra “Araz-Naxçıvan” xallarının
sayını 7-yə yüksəldib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Sabah”a (3:0), “Neftçi”
“Sumqayıt”a (1:0) səfərdə, “Qəbələ” isə “Zirə”yə (1:0) evdə qalib gəlib. V tura
bu gün keçiriləcək “Səbail” – “Qarabağ” (19:30) görüşü ilə yekun vurulacaq.


Source link