b6c7c502-caba-432a-be5c-6ac7df2c68bb..jpg

Premyer Liqa: Autsayderlər Şamaxıda, liderlər Bakıda qarşılaşacaqlar – AFİŞA

Baxış sayı: 555 dəfə baxılıb.

Premyer Liqa: Autsayderlər Şamaxıda, liderlər Bakıda qarşılaşacaqlar – AFİŞA

Bu gün Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulacaq.

Cixisyolu.com xəbər verir ki, son gündə iki oyun keçiriləcək.

İlk olaraq autsayderlər zonasında qərarlaşan “Şamaxı” ilə “Sumqayıt”
birincilərin meydanında üz-üzə gələcəklər. Ev sahibləri qələbə qazanacaqları
təqdirdə, həm sonuncu pillədəki “Səbail”dən uzaqlaşacaq, həm də turnir
cədvəlində “Sumqayıt”la xalları bərabərləşdirəcəklər.

Hazırda “Sumqayıt” 24 xalla səkkizinci, “Şamaxı” isə 21 xalla doqquzuncu
pillədə qərarlaşıb.

Tur mərkəzi oyunla başa çatacaq. Lider “Qarabağ” ikinci sırada yer alan
“Sabah”ın qonağı olacaq. Bu mövsüm çempionatda məğlubiyyət üzü görməyən
ağdamlılar seriyanı davam etdirmək əzmindədirlər. “Sabah” isə qalib gəlməklə
liderə bir qədər yaxınlaşa bilər. Murad Musayevin kollektivi bunu
reallaşdırmağı bacarsa, eyni zamanda, üçüncü yerdəki “Neftçi” ilə aradakı fərqi
8 xala yüksəldəcək.

Oyunöncəsi “Qarabağ”ın aktivində 77, “Sabah”da isə 65 xal var.

Turun ilk iki günündə “Zirə” “Səbail”ə 3:1, “Qəbələ” “Neftçi”yə 2:1, “Kəpəz”
isə “Turan Tovuz”a 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Premyer Liqada XXXI turun matçları 21-23 aprel tarixlərində
oynanılacaq.

Premyer Liqa
XXX tur
16 aprel

16:00. “Şamaxı” – “Sumqayıt”
Baş hakim: Fərid Hacıyev
Şamaxı şəhər stadionu

19:00. “Sabah” – “Qarabağ”
Baş hakim: Tural Qurbanov
“Bank Respublika Arena”

Source link