81a887ff-8f04-4b52-a28a-5cef3ca79208..jpg

Premyer Liqanın intizamsızları: Murad Musayev ən çox vərəqə alan məşqçidir – ARAŞDIRMA

Baxış sayı: 770 dəfə baxılıb.

Premyer Liqanın intizamsızları: Murad Musayev ən çox vərəqə alan məşqçidir –
ARAŞDIRMA

Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə ən çox qırmızı vərəqəni
“Sabah”ın baş məşqçisi Murad Musayev alıb.

“Report”un araşdırmasına görə, rusiyalı mütəxəssis 29 tur ərzində
intizamsızlıqda nəinki həmkarlarını, hətta futbolçuları da qabaqlayıb.

Musayev son olaraq XXIX turda “Səbail”lə (1:2) keçirilən səfər qarşılaşmasının
sonunda sarı, matçın ardından isə qırmızı vərəqə ilə cəzalandırılıb. Bununla 40
yaşlı məşqçi bu mövsüm Premyer Liqada passivinə 7-ci sarı və 3-cü qırmızı
vərəqəni yazdırıb.

Müqayisə üçün əlavə edək ki, futbolçular arasında ən çox meydandan qovulan Con
İrasabal (“Sabah”), Coşqun Diniyev (“Zirə”), Vüqar Mustafayev (“Sumqayıt”) və
Tural Bayramlı (“Səbail”) hərəyə 2 dəfə qırmızı vərəqə alıblar.

Murad Musayevdən başqa, onun köməkçisi Vitali Kovalyov və “Sumqayıt”ın baş
məşqçisi Samir Abasov da bir dəfə qırmızı vərəqə ilə texniki zonadan qovulublar.

Rəsmi şəxsləri ən çox cəzalandırılan klub da “Sabah”dır. Çempionatın ikinci
pilləsində qərarlaşan bakılıların məşqçiləri ümumilikdə 7 sarı, 4 qırmızı
vərəqəyə “qonaq olublar”. “Neftçi” və “Qəbələ” 4 sarı ilə 2-3-cü yerləri
bölüşdürürlər. “Neftçi”də və “Şamaxı”da üç rəsmi şəxs müxtəlif matçlarda sarı
görüb. Xüsusən də “Şamaxı”da 3 məşqçi fəaliyyət göstərir ki, hərəsi bir dəfə
rəsmi xəbərdarlıq alıb.

Məşqçiləri vərəqə üzü görməyən yeganə komanda “Qarabağ”dır. Ağdam klubunun
futbolçuları kimi, rəsmi şəxsləri də hakimlərə əziyyət verməyiblər. Əvəzində
“Qarabağ”la görüşlərdə rəqiblərin məşqçiləri 1 qırmızı, 6 sarı vərəqə alıblar.

“Sabah”: 7 sarı, 4 qırmızı vərəqə

Murad Musayev (baş məşqçi):

I tur (“Sumqayıt” – 3:0) – sarı

VI tur (“Qarabağ” – 3:4) – qırmızı

XI tur (“Neftçi” – 3:2) – sarı

XII tur (“Qəbələ” – 2:1) – sarı

XVII tur (“Kəpəz” – 2:2) – sarı

XXIII tur (“Turan Tovuz” – 0:2) – sarı

XXIII tur (“Turan Tovuz” – 0:2) – qırmızı

XXVIII tur (“Qəbələ” – 3:2) – sarı

XXIX tur (“Səbail” – 1:2) – sarı

XXIX tur (“Səbail” – 1:2) – qırmızı

Vitali Kovalyov (qapıçı məşqçisi):

XVII tur (“Kəpəz” – 2:2) – qırmızı

“Neftçi”: 4 sarı vərəqə

Laurentsiu Regekampf (baş məşqçi):

XIII tur (“Sumqayıt” – 2:2) – sarı

XXIV tur (“Qarabağ” – 1:1) – sarı

Aleksandr Florin (köməkçi məşqçi):

XIV tur (“Qəbələ” -2:0) – sarı

Vüqar Əliyev (tərcüməçi):

XX tur (“Zirə” – 1:0) – sarı

“Qəbələ”: 4 sarı vərəqə

Elmar Baxşıyev (baş məşqçi):

IX tur (“Qarabağ” -0:1) -sarı

XVII tur (“Qarabağ” – 0:1) -sarı

Rasim Ramaldanov (köməkçi məşqçi):

IX tur (“Qarabağ” – 0:1) -sarı

XIX tur (“Kəpəz” – 2:2) -sarı

“Şamaxı”: 3 sarı vərəqə

Vüqar Əsgərli (baş məşqçi):

XII tur (“Qarabağ” – 0:4) – sarı

Cavid Hüseynov (köməkçi məşqçi):

X tur (“Qəbələ” – 1:1) – sarı

Elhad Nəziri (köməkçi məşqçi):

XXV tur (“Zirə” – 2:2) – sarı

“Turan Tovuz”: 2 sarı vərəqə

Ayxan Abbasov (baş məşqçi):

XII tur (“Sumqayıt” – 1:0) -sarı

XIX tur (“Qarabağ” – 2:3) -sarı

“Sumqayıt”: 1 qırmızı vərəqə

Samir Abasov (baş məşqçi):

XIII tur (“Neftçi” – 2:2) – qırmızı

“Zirə”: 1 sarı vərəqə

Rəşad Sadıqov (baş məşqçi):

VI tur (“Səbail” – 2:1) -sarı

“Kəpəz”: 1 sarı vərəqə

Tərlan Əhmədov:

XX tur (“Səbail” – 0:1) -sarı

“Səbail”: 1 sarı vərəqə

Kərim Diniyev (köməkçi məşqçi):

XXV tur (“Sumqayıt” – 0:1) – sarı

Source link