Prezident: “Ərdoğan ilə şəxsi dostluğumuz regional inkişaf və sabitlik baxımından çox mühüm faktordur”

Baxış sayı: 600 dəfə baxılıb.

Prezident: “Ərdoğan ilə şəxsi dostluğumuz regional inkişaf və sabitlik
baxımından çox mühüm faktordur”

“Bizim Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluğumuz təkcə regionda
deyil, dünyada məlum bir faktordur. Bu, regional inkişaf və sabitlik baxımından
da çox mühüm bir faktordur”.

AZƏRTAC

xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidentiİlham Əliyev “4-cü
Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda
çıxışında deyib.

Türkiyə ilə Azərbaycan xalqları arasında da münasibətlərin uzunmüddətli
dostluq və qardaşlıq əlaqələri üzərində qurulduğunu vurğulayan dövlətimizin
başçısı deyib:

“Bu, çox gözəl təməldir, bizim ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir
və bir-birini dəstəkləyirlər”.

Source link