51fa958d-e8a5-4dc1-9c8d-94afe04159da..jpg

Prezident: “Biz gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə fəal işləyəcəyik”

Baxış sayı: 641 dəfə baxılıb.

Prezident: “Biz gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri
üzrə fəal işləyəcəyik”

“Biz gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə fəal
işləyəcəyik. Daha doğrusu, bu iş artıq başlamışdır”.

AZƏRTAC

xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Qəbələdə
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.

Keçən ilin sonunda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın önəmli
Sazişə imza atdıqlarını və bu ilin fevralında Bakıda yaşıl enerji layihəsinin
birinci rəhbər komitəsinin iclasının keçirildiyini xatırladan dövlətimizin
başçısı bildirib:

“Bu, genişmiqyaslı layihədir və əlbəttə ki, bu layihənin uğurla həyata
keçirilməsi hər dörd ölkənin birgə fəaliyyəti hesabına mümkün olacaqdır. Eyni
zamanda, bildiyiniz kimi, Avropa İttifaqı da bu layihəyə çox böyük önəm verir.
Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti imzalanma mərasimində də
iştirak etmişdir”.

Source link