873f6b4e-cc3d-4649-8653-6b8d1750c85d..jpg

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

Baxış sayı: 1. 017 dəfə baxılıb.

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti
Katerina Sakellaropuluya təbrik məktubu ünvanlayıb.

Prezident.az -ın məlumatına görə,
məktubda deyilir:

“Hörmətli xanım Prezident, Yunanıstan Respublikasının milli bayramı
münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Yunanıstan
əlaqələrinin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra
da birgə səylər göstərəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar,
xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram”.

Source link