92b50f86-413d-4f9c-b4fc-0120d59a304d..jpg

Prezident İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub – FOTO

Baxış sayı: 595 dəfə baxılıb.

Prezident İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda
yaradılan şəraitlə tanış olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mehdi
Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan
şəraitlə tanış olub.

AZƏRTAC

xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov
dövlətimizin başçısına stadionda görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən
qurulmasına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 noyabr tarixli
Sərəncamına əsasən, 2020-ci ildə başlanılıb. Tikinti işləri mərhələli şəkildə
icra edilməklə 2022-ci ildə başa çatdırılıb.

Tamaşaçı tutumu 9 502 nəfər olan stadionun ərazisi 6,8 hektardır. İyirmi iki
sektordan ibarət stadionda 545 nəfərlik VIP və KİV tribunası da yaradılıb,
ərazi abadlaşdırılıb, yaşıllıq zonaları salınıb.

Bildirildi ki, tikilialtı sahədə cüdo, boks və karate zalları fəaliyyət
göstərəcək. Burada, eyni zamanda, iki trenajor otağı, 40 nəfərlik konfrans
zalı, inzibati otaqlar, jurnalistlər, hakim, həkim, şərhçilər, məşqçilər üçün
otaqlar və digər texniki-köməkçi otaqlar var.

Son illər ölkəmizdə idmanın inkişafına böyük diqqət və qayğı göstərilir. Bunun
nəticəsidir ki, bu gün Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək
göstəricilər əldə edir, üçrəngli Bayrağımızı ucaldırlar. Bütün bunlar göstərir
ki, ölkəmizdə idmanın inkişafının və onun kütləviliyinin təmin olunması
istiqamətində dövlət siyasəti uğurla davam etdirilir. Bu diqqət və qayğı həm də
yeni nəslin sağlam ruhda böyüməsinə, gənclərin idmana marağının artırılmasına
yönəlib ki, belə idman obyektlərinin istifadəyə verilməsi bu məqsədin həyata
keçirilməsində mühüm rol oynayır.

Source link