978f178a-c22e-4f1c-9301-7824857ec535..jpg

Prezidentin Səfərbərlik Xidmətinə təyin etdiyi rəis kimdir?

Baxış sayı: 593 dəfə baxılıb.

Prezidentin Səfərbərlik Xidmətinə təyin etdiyi rəis kimdir?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edilən
Mürsəl Qorxmaz oğlu İbrahimov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin
əməkdaşı olub.

Bu barədə açıq internet resurslarında məlumat yer alıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Arzu Yusif oğlu Rəhimov
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən
azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Arzu Rəhimovun yerinə Mürsəl İbrahimov
təyinat alıb.

Mürsəl İbrahimov haqqında geniş məlumat yoxdur. Bilinən budur ki, o, 2015-ci
ilin 27 martında Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikasında milli
təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının
kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq
terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiyinə
görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Source link