Prezidentliyə namizəd “evdə qalmış” xanımlara ər tapacaq – VİDEO

Prezidentliyə namizəd “evdə qalmış” xanımlara ər tapacaq – VİDEO

Baxış sayı: 3. 345 dəfə baxılıb.

Namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev ötən gün prezidentliyə namizədlərin debatında “evdə qalmış” xanımların problemlərindən danışıb.

ÇıxışYolu.Com xəbər verir ki, o, çıxışında prezident seçilərsə, bu problemləri həll edəcəyini bildirib.

Onun sözlərinə görə, hakimiyyətə gələrsə, yeni İslam modelini də tətbiq edəcək:

“Azərbaycanın mental xüsusiyyətlərinin təsiri nəticəsində, fiziki məhdudiyyətli və ya digər səbəblərdən ailə qura bilməyən qadınlarımız var. Bizim yeni İslam modelimiz bu məsələləri həll etmək üçün əsaslara malikdir.

Bizim xanımlar gözəldir və xoşbəxt olmaq onların haqqıdır. İslam dini də bunu təbliğ edir. Bununla bağlı daha geniş konsepsiyamızı təqdim edəcəyik və tanış olacaqsınız”.

Qeyd edək ki, prezidentliyə namizəd təklif edilən İslam modelinin detallarını açıqlamır, lakin məlumdur ki, İslamda kişiyə dörd qadınla evlənməyə icazə verilir.

Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev fevral ayının 8-də aprel ayının 11-i Azərbaycanda keçiriləcək prezident seçkilərinə öz namizədliyini “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürüb. 

.
www.ÇıxışYolu.Com