Prezidentliyə namizədlərin sayı yeddi nəfərə çatıb

Prezidentliyə namizədlərin sayı yeddi nəfərə çatıb

Baxış sayı: 7. 387 dəfə baxılıb.

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar daha 3 prezidentliyə namizəd qeydə alınıb.

ÇıxışYolu.Com  APA-ya istinadən xəbər verir ki, bu barədə qərar bu gün Mərkəzi Seçki Komissiyasının iclasında qəbul edilib.

Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və “Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.

Qeyd edək ki, MSK bundan əvvəl Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin namizədliyini qeydə alıb.

Xatırladaq ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.

www.ÇıxışYolu.Com