Prokuror “Polojeniya Anar”a doqquz il cəza istəyib – FOTO

Prokuror “Polojeniya Anar”a doqquz il cəza istəyib – FOTO

Baxış sayı: 8. 972 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Anar Məhərrəmovun CM-nin 221.1-ci (xuliqanlıq) və 234.4.3-cü (qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

ÇıxışYolu.Com-ın məlumatına görə, ittiham aktına əsasən, Anar Məhərrəmov istintaqa məlum olmayan bir qrup şəxslə Səbail rayonu ərazisində fəaliyyət göstərən “Night Office” gecə klubuna gəlib və orada, onunla birlikdə əylənən qıza sataşdığını əsas gətirərək Bakı şəhər sakini Kamran Hüseynova ağır bədən xəsarətləri yetirib. 

Zərərçəkən Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Şübhəli şəxs Səbail RPİ-nin əməkdaşları tərəfindən saxlanılarkən, ondan narkotik vasitə aşkar edilib. Araşdırma zamanı məlum olub ki, Anar Məhərrəmov kriminal aləmdə “Polojeniya Anar” ləqəbi ilə tanınıb.

Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı A.Məhərrəmova qarşı irəli sürülən ittihamların sübuta yetirildiyini və ona doqquz il cəza təyin olunmasını xahiş edib.

Növbəti proses ayın 16-na təyin edilib.

.
www.ÇıxışYolu.Com