Prokuror tanışını öldürənə 18 il 6 ay cəza istəyib – FOTO

Prokuror tanışını öldürənə 18 il 6 ay cəza istəyib – FOTO

Baxış sayı: 5. 963 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Rəcəb Məmmədovun CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il iyun ayının 24-də Suraxanı qəsəbəsində yaşayan Rəcəb Məmmədov evində aralarında yaranan mübahisə zamanı birlikdə yeyib-içdiyi tanışı Fərhad Mehdiyevə bıçaqla çoxsaylı xəsarətlər yetirib.

Nəticədə sonuncu kəskin qanitirmədən hadisə yerində keçinib. İş matriallarına əsasən, Rəcəb Məmmədov özü DİN-nin 102 çağrı mərkəzinə zəng edib, evində meyit olduğunu bildirib. O, hadisə yerinə gələn Suraxanı RPİ-yə əvvəl cinayətdən xəbərsiz olduğunu deyib. Lakin sonra, istintaqın gedişatında o törətdiyi əməli etiraf edib. 

Məhkəmə prosesində təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyərək, istintaqda verdiyi ifadələrini təsdiq etməyib. O qeyd edib ki, ifadə verərkən özündə olmayıb. Məmmədov Mehdiyevi dava zamanı yumruqla vurduğunu etiraf etsə də, onu bıçaqlamadığını deyib. O, bildirib ki, içki məclisində evində qonşusu Aleksandr da olub, çox güman ki, qətli o törədib. 

Prosesdə şahid qismində dindirilmiş Aleksandr Karuxin bildirib ki, Rəcəb Məmmədovun evində yox, küçədə içiblər. Sonra da ayrılaraq, öz evinə gedib və Rəcəbin evində baş verənlərdən xəbəri olmayıb. Karuxin heç kimi öldürmədiyini deyib. 

Prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses martın 9-na təyin edilib. 

www.ÇıxışYolu.Com