d88201a2-1f71-4dbc-9019-903000afaa3e..jpg

PSJ 80 milyon avroya hücumçu alır

Baxış sayı: 451 dəfə baxılıb.

PSJ 80 milyon avroya hücumçu alır

Fransanın PSJ klubu Portuqaliya “Benfika”sından Qonsalu Ramuşu transfer etməyə
hazırlaşır.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, tərəflər ilkin
razılığa gəliblər. Paris təmsilçisi 22 yaşlı hücumçu üçün qarşı tərəfə 80
milyon avro ödəyəcək. Portuqaliya millisinin üzvü beşillik müqaviləyə imza
atacaq. Mənbə tərəflərin yaxın zamanda tam razılığa gələcəyini bildirib.

Qeyd edək ki, “Benfika”nın yetirməsi olan Qonsalu Ramuş 2020-ci ildən klubun
əsas komandasında çıxış edir. O, keçən mövsüm 47 oyunda 27 qol vurub, 12
məhsuldar ötürmə edib.

Source link