0435571e-ae95-41fa-bd4f-1e97b705c6ea..jpg

Putin ilk dəfə Donbasda: Rusiya prezidenti işğal olunmuş Mariupola səfər edib – VİDEO

Baxış sayı: 3. 427 dəfə baxılıb.

Putin ilk dəfə Donbasda: Rusiya prezidenti işğal olunmuş Mariupola səfər edib
– VİDEO

Rusiya Prezidenti Vladimir Putin işğal olunmuş Mariupola səfər edib. Bu, onun
Donbasa ilk səfəridir.

“Rossiya-24” telekanalı ölkə başçısının rus qoşunları tərəfindən işğal olunmuş
ərazilərə səfərindən video yayımlayıb. Kadrlarda o, baş nazirin müavini
Xusnullinlə maşında gəzir. Dövlət rəsmisi Putinə şəhərdə aparılan tikinti və
bərpa işlərinin gedişi barədə məlumat verib.

Bildirilib ki, Putin helikopterlə şəhərə uçub və avtomobillə bir neçə rayonu
gəzib, bir sıra obyektlərə baxış keçirib, yerli sakinlərlə söhbət edib.

Kremlin mətbuat xidməti xəbər verir ki, o, ailələrdən birinin dəvəti ilə
onların evinə gedib.

Source link