Putin Kemerovadakı yanğının səbəbini açıqladı

Putin Kemerovadakı yanğının səbəbini açıqladı

Baxış sayı: 2. 380 dəfə baxılıb.

Rusiya prezidenti Vladimir Putin “Зимняя вишня” ticarət mərkəzində baş vermiş yanğının nəticələrinin aradan qaldırılması ilə bağlı Kemerovada iclas keçiririb.

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, iclasın gedişatı zamanı o, hadisənin başvermə səbəbləri sırasında  laqeydlik və səhlənkarlığı xüsusi qeyd edib:

“Bizdə nə baş verir? Bu, axı nə müharibə, nə də şaxtada qəfil metan partlayışıdır. İnsanlar, uşaqlar istirahət etməyə gəliblər. Biz demoqrafiyadan danışırıq və nəyə görə bu qədər insanı itiririk? Cinayətkar laqeydlik və səhlənkarlığa görə”.

Rusiya lideri İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə tapşırıq verib:

“Hər bir rəsmi şəxsin hərəkətlərinə hüquqi qiymət verilsin. Pulsuz arayış almaq olmaz, amma pulla nə gəldi imzalayırlar”.

Bastrıkin istintaq çərçivəsində bir çox sənədin araşdırıldığını bildirib.

İK-nin rəhbəri əlavə edib ki, 1968-ci ildə tikilmiş qənnadı zavodunun binası, çox güman ki, 2013-cü ildə qanun pozuntuları ilə yenidən təmir edilərək alış-veriş mərkəzinə çevrilib.

www.ÇıxışYolu.Com