5553282c-cc6e-4ad8-8f61-c7dbecbbc3f2..jpg

Qəbələdə avtomobil körpüdən aşdı: Ata və oğlu xəsarət aldı

Baxış sayı: 756 dəfə baxılıb.

Qəbələdə avtomobil körpüdən aşdı: Ata və oğlu xəsarət aldı

Bu gün saat 15 radələrində Qəbələ rayonunun Bılıx kəndi ərazisində VAZ-2106
markalı avtomobilin sürücüsü Zülfüqar Göyüşov idarəetməni itirib və nəqliyyat
vasitəsi körpüdən aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Cixisyolu.com-a
verilən məlumata görə, nəticədə sürücü xəsarət alıb və avtomobildə sərnişin
qismində olan oğlu, 2011-ci il təvəllüdü Y.Göyüşov aldığı xəsarətlərdən vəfat
edib.

Faktla bağlı araşdırma aparılır.

Source link