aa7e3a6f-051b-4a8f-a131-a52926f12c02..jpg

Qərbi Azərbaycan İcmasının rəhbərliyi Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edib – FOTO

Baxış sayı: 749 dəfə baxılıb.

Qərbi Azərbaycan İcmasının rəhbərliyi Türkiyənin Azərbaycandakı səfirliyini
ziyarət edib – FOTO

Qərbi Azərbaycan İcmasının rəhbərliyi Türkiyənin Azərbaycandakı səfirliyini
ziyarət edib.

Bu barədə Cixisyolu.com-a İcmadan məlumat verilib.

Əvvəlcə Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli, səfirlikdə
açılmış matəm kitabına ürək sözlərini yazıb.

Daha sonra Qərbi Azərbaycan İcmasının nümayəndə heyəti Türkiyənin
Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.

İcmanın İdarə heyətinin sədri, deputat Əziz Ələkbərli söhbəti zamanı fevralın
6-da qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çox sayda insanın
həlak olması ilə bağlı səfirə başsağlığı verib, yaralılara Allahdan şəfa
diləyib:

“Qardaş Türkiyənin acısı bütün Azərbaycanın acısıdır, bu faciənin
nəticələrinin aradan qaldırılmasında Azərbaycan dövləti və Azərbaycan xalqı ilə
bir yerdə Qərbi Azərbaycan İcmasının hər bir üzvü də əlindən gələn dəstəyi
verir və verəcək”.

Səfir Cahit Bağçı ziyarət üçün təşəkkürünü bildirərək Azərbaycanın ilk
dəqiqələrdən Türkiyənin yanında olduğunu, hətta Türkiyənin yardım çağırışından
əvvəl Prezidentİlham Əliyevin tapşırığı ilə Azərbaycan Fövqəladə Hallar
Nazirliyinin təyyarəsinin zəlzələdən 6 saat sonra hadisə yerində olduğunu
vurğulayıb.

İcmanın rəhbər heyətinin digər üzvləri də qardaş ölkənin səfirinə
başsağlıqlarını çatdırıb, yaralılara şəfa diləyib və bir daha belə bir acının
yaşanmaması üçün dua etdiklərini bildiriblər. Görüşdə İcma sədri ilə yanaşı,
İcmanın Nəzarət-Təftiş Komissiyasının sədri Vahid Novruzov, sədrin müavinləri,
millət vəkili Ramil Həsən, millət vəkili Hikmət Babaoğlu, Ziyalılar Şurasının
sədri Elxan Hüseynov, Qəyyumlar Şurasının sədri Mürvət Həsənov, Qadınlar
Şurasının sədri, millət vəkili Məlahət İbrahımqızı, Gənclər Şurasının sədri,
millət vəkili Ramin Məmmədov, İcma üzvü, millət vəkili Anar Məmmədov, İcmanın
sözçüsü Ülviyyə Zülfiqar iştirak ediblər.

Source link