ee4cf32f-711b-4f72-a80f-f086320109f0..jpg

Qərbi Azərbaycan Xronikası: Ermənistanın məhv etdiyi 500 illik tarix – VİDEO

Baxış sayı: 555 dəfə baxılıb.

Qərbi Azərbaycan Xronikası: Ermənistanın məhv etdiyi 500 illik tarix – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tarixi 1600-cü illərə qədər gedib çıxan qədim İrəvan teatrı hələ o zamanlar
fransız səyyahı Jan Şardeni o qədər valeh edib ki, o, bu teatrı qərbin
operasına bənzədib. Lakin zaman-zaman İrəvan tarixinin bütün keşməkeşləri bu
teatrın da taleyindən yan keçməyib.

Bu barədə Baku TV-nin Qərbi Azərbaycan Departamentinin İrəvan Dövlət
Azərbaycan Teatrına həsr etdiyi süjetində bəhs olunub.

Qeyd edilib ki, son bir əsrdə teatr 3-4 dəfə deportasiyalara uğrayıb,
dağıdılıb, qovulub, təzyiqlərə məruz qalıb. Son qovulma tarixi 1989-cu ilə
təsadüf edib. O vaxtdan Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən paytaxtın
bir neçə ünvanlarına sığınıb.

Bildirilib ki, nə zamansa, tezliklə öz doğma ünvanında, İrəvanın səhnəsində
pərdələrini açmağa əmin olan teatr bu gün öz 140 illiyini hələ də təmir olunub
köçə bilməyən ünvanda keçirə bilmədiyinin təəssüfünü yaşayır:

“Niyə ölkə başçısının sərəncamı ilə teatrın 140 illik yubileyi tam keçirilə
bilmir? Niyə teatra ayrılmış binanın tam təmiri yubanır?” – kimi sualların
cavabı axtarılıb.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link