56916e0b-fc48-4c50-8dce-61693e85b860..jpg

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb

Baxış sayı: 856 dəfə baxılıb.

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb

Aprelin 23-ü saat 01 radələrində Biləsuvar rayon sakini 1986-ci il təvəllüdlü
Vüsal İlhamlının üzərində xəsarət izləri olan meyitinin Rayon Mərkəzi
Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub.

Biləsuvar rayon prokurorluğunundan bildirilib ki, ilkin araşdırma zamanı
1993-cü il təvəllüdlü Rüfət Əlizadənin Biləsuvar rayonunun Aşağı Cürəli kəndi
ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Vüsal
İlhamlıya xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rüfət Əlizadə iş üzrə
şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

Source link