85328ca4-cb16-4f6e-83a3-1dc3d7f2699d..jpg

Qalmaqallı mətbuat katibi tok-şousu ilə ekranlara qayıtdı

Baxış sayı: 803 dəfə baxılıb.

Qalmaqallı mətbuat katibi tok-şousu ilə ekranlara qayıtdı

Ağ Evin keçmiş mətbuat katibi Cen Psaki MSNBC kanalında öz siyasi tok-şousu
ilə debüt edib.

O, Nümayəndələr Palatasındakı Demokratik azlığın lideri Hakim Cefris, Miçiqan
qubernatoru Qrethen Uitmer və Nyu-York meri Erik Adamsı canlı yayıma dəvət
edib. Sonuncu ilə Psaki şəhər metrosunda da söhbətləşib.

Xatırladaq ki, Psaki Ağ Evin mətbuat katibi postunu 2022-ci ilin mayında tərk
edib. Onun çıxışları çoxsaylı yanlışlıqlarla yadda qalıb. Belə ki, bir dəfə
Psaki NATO-nun baş katibi Yens Stoltenberqi BMT-nin baş katibi, ABŞ dövlət
katibi Entoni Blinkeni isə ölkə prezidenti adlandırıb. Bundan əlavə, o, Tokio
Yay Olimpiya Oyunlarını Pekin Qış Oyunları ilə qarışdırıb.

Mənbə: life.ru

Source link