9f21f680-f0f1-437d-bb5d-3601e446afdc..jpg

Qanunsuz erməni silahlılarının fortifikasiya qurğuları quraşdırması cəhdlərinin qarşısı alınıb – VİDEO

Baxış sayı: 475 dəfə baxılıb.

Qanunsuz erməni silahlılarının fortifikasiya qurğuları quraşdırması
cəhdlərinin qarşısı alınıb – VİDEO

Avqustun 22-si saat 19:20 radələrində Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı
dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən
mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa
cəhd göstəriblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər
nəticəsində aparılan işlər dərhal dayandırılıb.


Source link