320c21b7-6d51-4711-86b1-6a182203f400..jpg

“Qarabağ” 22 illik rekordu təkrarladı

Baxış sayı: 2. 794 dəfə baxılıb.

“Qarabağ” 22 illik rekordu təkrarladı

Azərbaycan Premyer Liqasının XXVII turunda “Sumqayıt”ın qonağı olan “Qarabağ”
6:0 hesabı ilə qalib gəlib.

Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, nəticədə Qurban Qurbanovun
yetirmələrinin səfərdəki məğlubiyyətsizlik seriyası 23-ə çatıb. Ağdam klubu
cari mövsüm rəqib meydanındakı 14 görüşdə uduzmayıb. Ötən mövsümün son 9
səfərində də xalsız qalmayan Qurbanovun yetirmələri sonuncu dəfə 2021-ci il
oktyabrın 25-də “Səbail”lə görüşdə məğlub olub – 1:3. Rəqib meydanında
keçirilən son 23 qarşılaşmada 19 qələbəsi olan “Qarabağ” 4 dəfə heç-heçə edib.

Bununla da Azərbaycan çempionatları tarixinin rekordu təkrarlanıb.
1999-2001-ci illərdə ardıcıl 23 səfər oyunundan məğlubiyyətsiz ayrılan “Şəmkir”
mütləq rekordçu idi. “Qarabağ” bu göstəricini 22 ildən sonra təkrarlamağa nail
olub. Ağdamlılar növbəti səfər qarşılaşmasında yeni rekord müəyyənləşdirə bilər.

Source link