828857e2-213b-4bde-b55c-a457493496ad..jpg

“Qarabağ” son 3 mövsümün rekorduna imza atıb

Baxış sayı: 865 dəfə baxılıb.

“Qarabağ” son 3 mövsümün rekorduna imza atıb

“Qarabağ” son 3 mövsümün rekorduna imza atıb.

“Report” xəbər verir ki, Ağdam klubu Premyer Liqanın son 16 oyununda qol
vuraraq buna nail olub.

Komanda XXXI turda “Zirə” ilə ev matçında 2:2 hesablı heç-heçə edib. XV turda
məhz bu rəqiblə qolsuz heç-heçə etdikdən sonra Qurban Qurbanovun yetirmələri
hər qarşılaşmada qol sevinci yaşayıblar.

16 oyunluq qol seriyası son üç mövsümün mütləq rekordudur. “Qarabağ” 2021-ci
ildə ardıcıl 15 matçda rəqib qapısına yol tapan “Neftçi” və “Zirə”ni geridə
qoyub.

Qeyd edək ki, sonuncu dəfə daha uzun qol seriyasına 2019-cu ildə təsadüf
olunub. 2018/2019 və 2019/2020 mövsümlərini əhatə edən vaxtda ağdamlılar 17
matçda meydanı qolsuz tərk etməyiblər.

Source link