c7dc67a9-68b0-4dd0-bd51-5f7cc1bc2c6d..jpg

“Qarabağ”da ciddi itki: “Bayer”ə qarşı oynamayacaq

Baxış sayı: 484 dəfə baxılıb.

“Qarabağ”da ciddi itki: “Bayer”ə qarşı oynamayacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” ciddi itki
ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, komandanın yarımmüdafiəçisi Marko Yankoviç
zədələnib.

Bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
Təcrübəli mütəxəssisin sözlərinə görə, Yankoviç Monteneqro millisinin heyətində
zədələnib. Bu səbəbdən o, 1-2 həftə komandadan kənarada qalacaq.

Bu isə 28 yaşlı futbolçunun Avroliqanın qrup mərhələsi çərçivəsində oktyabrın
26-da səfərdə “Bayer”ə qarşı keçirilən matçda iştirak etməyəcəyi deməkdir.

Source link