2beaee04-aed5-409a-a1c3-09d1125b2a14..jpg

“Qarabağ”dan Ramazan bayramı münasibətilə azarkeşlərə jest

Baxış sayı: 745 dəfə baxılıb.

“Qarabağ”dan Ramazan bayramı münasibətilə azarkeşlərə jest

“Qarabağ” Ramazan bayramı münasibətilə azarkeşlərinə jest edib.

Ağdam klubunun Mətbuat Xidmətinin yaydığı məlumata görə, Azərbaycan Premyer
Liqasının XXXI turunda bu gün keçiriləcək “Zirə” ilə ev oyununa giriş pulsuz
olacaq.

Qeyd edilib ki, bu matça bilet almış azarkeşlər növbəti ev qarşılaşması –
“Qəbələ” ilə görüşdə həmin biletdən istifadə edə biləcəklər. O da vurğulanıb
ki, bugünkü oyun üçün yalnız VIP biletlər satışda olacaq.

“Qarabağ” – “Zirə” matçı saat 20:00-da start götürəcək.

Source link