cf58e9ee-cbb4-493b-b314-ec4b026c2945..jpg

“Qarabağ”ın futbolçusu komadan çıxdı

Baxış sayı: 794 dəfə baxılıb.

“Qarabağ”ın futbolçusu komadan çıxdı

“Qarabağ”ın əvəzedici komandasının məşqdə ürəyi dayanan futbolçusu Şirxan
Hüseynzadənin vəziyyəti yaxşılığa doğru gedir.

Cixisyolu.com saytının əldə etdiyi məlumata görə, 20 yaşlı müdafiəçi komadan çıxıb.
Həkimlər onu ürək və ağciyər fəaliyyətlərinin təmin edilməsi üçün nəzərdə
tutulan ECMO cihazından ayırıblar. Lakin futbolçu hələlik tam oyadılmayıb.

Xatırladaq ki, aprelin 22-də əvəzedici komandanın məşqindən əvvəl Şirxan
Hüseynzadənin halı pisləşib. Həmin zamandan o, Bakıdakı klinikaların birində
ECMO cihazına qoşulmuşdu, müalicə bu şəkildə davam edirdi.

Faiq Tahirov

Source link