b7b1ac20-aaee-4522-a00c-28a5c86f115b..jpg

“Qarabağ”ın keçmiş futbolçusu Rusiyada ölümdən döndü – FOTO/VİDEO

Baxış sayı: 693 dəfə baxılıb.

“Qarabağ”ın keçmiş futbolçusu Rusiyada ölümdən döndü – FOTO/VİDEO

“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borges Rusiya Premyer Liqasının 24-cü
turunun “Spartak”la oyununda zədələnib.

İkinci hissənin əvvəlində o, hava mübarizəsi zamanı “Spartak”ın müdafiəçisi
Georgi Cikia ilə toqquşub. Kadi başını rəqibin çiyninə vuraraq qazona yıxılıb.

Bir neçə saniyə huşunu itirən futbolçunun dilini udmaması üçün ona ilkin tibbi
yardımı Cikia özü göstərib.

Bundan sonra Borges özünə gəlsə də, görüşü davam etdirə bilməyib. Onu sahədən
xərəklə elektromobildə aparıblar.

Qeyd edək ki, 27 yaşlı braziliyalı futbolçu 2021-2023-cü illərdə “Qarabağ”ın
formasını geyinib.

Mənbə: sportbox.ru

Source link