18a4d61a-fa6e-46ef-9413-0f58625eba59..jpg

“Qarabağ”ın legioneri PSJ-nin baş məşqçisini tənqid etdi

Baxış sayı: 672 dəfə baxılıb.

“Qarabağ”ın legioneri PSJ-nin baş məşqçisini tənqid etdi

“Qarabağ”ın futbolçusu Yassin Benzia müsəlmanlara qarşı irqçilikdə
günahlandırılan Fransanın PSJ klubunun baş məşqçisi Kristofer Qaltyeni tənqid
edib.

29 yaşlı yarımmüdafiəçi bununla bağlı şəxsi “Instagram” səhifəsində post
paylaşıb.

“Doğrudur, yalan tez yayılır. Amma həqiqət gec də olsa, üzə çıxır”, –
təcrübəli oyunçu yazıb.

“RMC Sport” nəşri hesab edir ki, fransalı futbolçu bununla həmyerlisi olan 57
yaşlı mütəxəssisin müsəlmanlarla bağlı səsləndirdiyi irqçi fikirlərə qarşı
çıxıb.

Təcrübəli baş məşqçi “Nitsa”da işləyərkən idman direktoruna deyib ki,
komandada bu qədər qaradərili və müsəlman futbolçu olmamalıdır.

Qeyd edək ki, Yassin Benzia 2017/2018 mövsümündə “Lill”də Kristofer Qaltyenin
rəhbərliyi altında çıxış edib.

Source link