Qaradərilinin ölümü Nyu-York sakinlərini ayağa qaldırdı – FOTO + VİDEO

Qaradərilinin ölümü Nyu-York sakinlərini ayağa qaldırdı – FOTO + VİDEO

Baxış sayı: 3. 963 dəfə baxılıb.

ABŞ-ın Nyu York şəhərində ruhi-əsəb problemləri olan qaradərili sakinin polis tərəfindən qətlə yetirilməsi kütləvi etirazlara səbəb olub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Aprelin 5-də, Bruklin polis bölməsinə küçədən keçənləri gümüşü tapança ilə hədələyən şəxs barədə məlumat daxil olub. 

Hadisə yerinə gələn polis zabitləri atəş açaraq 34 yaşlı Sahid Vasseli qətlə yetirib.

Sonradan onun əlində tapança yox, adi dəmir parçası tutduğu məlum olub.

İnsident yerli sakinlərin və irqi ayrıseçkiliyə qarşı çıxan ictimai fəalların kəskin narazılığına səbəb olub. Əllərində polisə qarşı plakatlar tutan yüzlərlə etirazçı şəhər rəhbərliyindən günahkarların cəzalandırılmasını tələb edir.

“O ağdərili olsaydı, onu heç vaxt öldürməzdilər” deyə etirazçılardan biri söyləyib.

.
www.ÇıxışYolu.Com