e2a90f21-f17e-4d81-b8fc-6ca825349b18..jpg

Qardaşın qardaşa borcu olmaz – VİDEO

Baxış sayı: 662 dəfə baxılıb.

Qardaşın qardaşa borcu olmaz – VİDEO

Türkiyədə baş verən zəlzələnin izləri hələdə qəlblərdə yaşamaqdadır.

Azərbaycan xalqı qardaş ölkədə zəlzələnin baş verdiyi ilk gündən bir yumruq
oldu, istər maddi, istərsə də mənəvi dəstəyini əsirgəmədi. Kiçik uşaqdan
tutmuş, yaşlı, ahıl qocaya kimi hər kəs əlindən gələn bütün yardımı qardaş ölkə
üçün etdi.

Edilən yardımlarla bərabər, zəlzələ bölgələrində ölkəmiz tərəfindən çadır
şəhərcikləri salınıb.

“Xəzər Xəbər”in çəkiliş qrupu zəlzələdən ən çox zərər görən Kahramanmaraşda
olub. Dəhşətli zəlzələdən sonra evsiz qalan ailələrin evləri indi bu
çadırlardır.

Zəlzələ bölgəsi YAP-dan olan millət vəkilləri tərəfindən ziyarət edilib.
Kahramanmaraş şəhərinin əhalisi ilə, universitet, bələdiyyə, Ticarət Sənaye
Mərkəzinin rəhbərləri ilə görüşlər keçirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:


Source link