d116dbc2-62bf-41a6-9ee0-6d03ed010cbc..jpg

Qasırğa və leysan yağışı Masallıda 30 evə ziyan vurub, elektrik kəsilib – FOTO

Baxış sayı: 899 dəfə baxılıb.

Qasırğa və leysan yağışı Masallıda 30 evə ziyan vurub, elektrik kəsilib – FOTO

Masallıda ötən gün baş verən qasırğa və leysan yağışın vurduğu ziyan
dəqiqləşdirilir.

“Report”un cənub bürosunun məlumatına görə, dövlət qurumlarının nümayəndələri
əraziyə baxış keçiriblər.

İlkin məlumatlara görə, rayonun Təzə Alvadı kəndində 30-a yaxın evin dam
örtüyünə ziyan dəydiyi, 5 evin isə yaşayış üçün qəzalı olduğu müəyyən edilib.

Bundan başqa güclü qasırğa və leysan yağışla müşayiət olunan qeyri-sabit hava
şəraiti nəticəsində elektrik təsərrüfatına da ciddi ziyan dəyib. Əkin sahələri
subasmaya məruz qalıb.

Təmir briqadaları elektrik enerjisinin verilişində yaranan problemlərin aradan
qaldırılması istiqamətində çalışır.

Masallı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən əhaliyə dəymiş ziyan
hesablanır.

Source link