9934ea6a-8a45-44f7-ba04-0de32de4f581..jpg

Qazax sakini Ağstafada narkotik və silahla yaxalandı – FOTO/VİDEO

Baxış sayı: 524 dəfə baxılıb.

Qazax sakini Ağstafada narkotik və silahla yaxalandı – FOTO/VİDEO

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla rayon ərazisinə gətirilmiş
narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində
çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırmalar zamanı məlum olub ki, Qazax rayon sakini Ruslan Cəfərov Ağstafaya
gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar
narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa
razılaşıb. R.Cəfərova məxsus idman çantasından müxtəlif bükümlərdə ümumi çəkisi
757 qram narkotik maddə olan heroin, iki kiloqramdan artıq marixuana və iki
ədəd tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Source link