Qazaxda göldə iki balıqçı batıb

Qazaxda göldə iki balıqçı batıb

Baxış sayı: 6. 887 dəfə baxılıb.

Fövqəladə Hallar Nazirliyi Qazaxda göldə batan balıqçılar barədə məlumat yayıb.

ÇıxışYolu.Com-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 10 mart 2018-ci il tarixində saat 23:00 radələrində 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun və 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun balıq tutmaq istəyərkən Ağstafaçay su anbarında batdığı ehtimal olunur.

Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

www.ÇıxışYolu.Com