Qazaxda vəkilin intiharının təfərrüatı məlum olub – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qazax rayon Hüseynbəyli kənd sakini, 1980-ci il təvəllüdlü Rüfət Əsəd oğlu
Mahmudov özlərinə məxsus üzümlük sahədə intihar edib.
“Report”un Qərb bürosunun məlumatına görə, onun meyiti hadisədən bir müddət
sonra sahəyə gedən əmisi tərəfindən aşkarlanıb.
Mərhum Qazaxda vəkil olub və intihardan bir gün öncə yaxınlarına işi ilə bağlı
başqa rayona gedəcəyini bildirib. Səhəri gün isə onun meyiti üzümlük sahədə
aşkarlanıb.
R.Mahmudov ailəli olub, bir qızı, iki oğlu var, həyat yoldaşı Qazax Rayon İcra
Hakimiyyətində çalışır.
Mərhumun atası Əsəd Mahmudov rayonda tanınmış şəxsdir. O, sovxozda, ət
kombinatında direktor, Qazax Rayon Sudan İstifadə Birliyində isə icraçı
direktor vəzifələrində çalışıb.
Yaxınları və kənd sakinləri mərhumun hansısa bir problemi olmadığını, hər kəsə
qarşı xoş rəftar edən, mülayim insan olduğunu bildiriblər.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma
aparılır.
10:28
Qazax rayonunda intihar hadisəsi baş verib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, rayonun Hüseynbəyli kənd sakini Rüfət Əsəd oğlu Mahmudov
həyatına qəsd edib.
R.Mahmudov hüquqşünas olub. O, Azərbaycanın Vəkillər Kollegiyasının üzvü,
Qazax rayon vəkil bürosunun vəkili kimi fəaliyyət göstərirmiş.
Faktla bağlı araşdırma aparılır.