e8a13ff6-e255-4d05-825c-3ac7f3198442..jpg

Qazaxıstan Prezidenti: “Heydər Əliyevin həyat yolu millətə fədakarcasına xidmətin parlaq nümunəsidir”

Baxış sayı: 820 dəfə baxılıb.

Qazaxıstan Prezidenti: “Heydər Əliyevin həyat yolu millətə fədakarcasına
xidmətin parlaq nümunəsidir”

“Heydər Əliyev dinamik inkişaf edən müasir Azərbaycanın memarıdır. Son dərəcə
mürəkkəb dövrdə ölkəyə rəhbərlik edən Heydər Əliyev çoxəsrlik Azərbaycan
dövlətçiliyinin möhkəmlənməsində müstəsna rol oynayıb”.

AZƏRTAC

xəbər verir ki, bu fikirləri Qazaxıstan Respublikasının Prezidenti
Kasım-Jomart Tokayev Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış
mərasimində səsləndirib.

Qazaxıstan Prezidenti deyib ki, ulu öndərin müdrik rəhbərliyi ilə Azərbaycanda
dərin siyasi və sosial-iqtisadi islahatlar həyata keçirilib. Bu mürəkkəb,
enişli-yoxuşlu yolu qət edən ölkə irəliyə doğru böyük sıçrayış edib, dünya
birliyinin nüfuzlu üzvünə çevrilib.

“Əslində, Heydər Əliyevin adı Azərbaycanın əsl rəmzi olub. Heydər Əliyevin
həyat yolu millətə fədakarcasına xidmətin parlaq nümunəsidir. Müasirləri Heydər
Əliyevi yüksək insani keyfiyyətlərinə, prinsipiallığına, dürüstlüyünə,
ədalətliliyinə görə qiymətləndirirdilər”, – deyə o vurğulayıb.

Source link