Qazaxıstanın prezidenti vəzifələrini icra edən Kasım-Jomart Tokayev respublikada keçiriləcək növbədənkənar prezident seçkilərinin tarixini elan edib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Növbədənkənar seçkilərin iyunun 9-da keçirilməsi ilə bağlı qərar qəbul etmişəm”, – deyə K.Tokayev öz müraciətində bildirib.
O bildirib ki, növbədənkənar seçkilərlə bağlı qərar olduqca vacibdir.
Xatırladaq ki, təxminən 30 il ərzində Qazaxıstana başçılıq etmiş Nursultan Nazarbayev martın 19-da istefa verdiyini elan edib. Bununla belə, o, Təhlükəsizlik Şurasının və “Nur Otan” partiyasının sədri vəzifələrini qoruyub saxlayıb. Prezidentin səlahiyyətləri müvəqqəti olaraq senatın spikeri K.Tokayevə ötürülüb.