b888b658-3a9b-403f-b3de-f76914efa380..jpg

Qazaxıstanda parlament seçkiləri başa çatdı -YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 908 dəfə baxılıb.

Qazaxıstanda parlament seçkiləri başa çatdı -YENİLƏNİB + FOTO/VİDEO

Qazaxıstanda parlamentin aşağı palatası və yerli məclislərin deputatlarının
növbədənkənar seçkilərində bütün ölkə üzrə səsvermə başa çatıb.

İlk “exit-poll” nəticələri xüsusi onlayn marafon zamanı gecə yarısından sonra
elan ediləcək.

Ümumilikdə, respublikada 10 mindən çox seçki məntəqəsi prosesə cəb edilib.

Daha 77 məntəqə 62 ölkədə təşkil olunub. Ölkənin 15 rayonunda seçici fəallığı
54,09 faiz olub.

Mənbə: TASS

11:27

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev ürək əməliyyatından sonra
ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

O, bu gün Qazaxıstanda parlamentə və yerli nümayəndəlik orqanlarına seçkilərdə
iştirak edərək səs verib.

10:18

Bu gün Qazaxıstanda parlamentə və yerli nümayəndəlik orqanlarına seçkilər
başlayıb.

Seçki məntəqələrində yerli vaxtla saat 7:00-da başlayan səsvermə saat 20:00-da
başa çatacaq.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də ölkədə keçirilən parlament
seçkilərində səs verib.

Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Saat 20:00-dan sonra səslərin hesablanması proseduruna başlanacaq.

Source link