Qida Təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanır

Qida Təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanır

Baxış sayı: 2. 006 dəfə baxılıb.

Qida Təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanır.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

O deyib ki, proqram yeddi illik dövrü əhatə edəcək:

“Proqram qida zəncirinin bütün mərhələlərini özündə əks etdirəcək. Heyvandarlıq, quşçuluq sahəsində, kənd təsərrüfatında hazırlanan qidaların təhlükəsizliyi tədbirləri nəzərdə tutulur”.

O deyib ki, genetik modifikasiya olunan məhsulların ekspertizası ilə bağlı xaricdə təhsil alan azərbaycanlılar işə dəvət edilib:

“Genetik modifikasiya olunan məhsullarla bağlı tədbirlər proqramda əksini tapacaq”.

Leyla Əliyeva
www.ÇıxışYolu.Com