72c2f10e-0137-41b0-803a-9c1b2f9e075a..jpg

Qızı Aftandil İsrafilovun son durumunu açıqladı

Baxış sayı: 660 dəfə baxılıb.

Qızı Aftandil İsrafilovun son durumunu açıqladı

Xalq artisti, qarmon ifaçısı Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır.

Bu barədə Lent.az-a sənətkarın qızı Həcər xanım məlumat verib.

O qeyd edib ki, atasının vəziyyəti sabit ağır olaraq qalmaqdadır. “Heydər
Əliyev Fondu onun səhhətini daim nəzarətdə saxlayır. Buna görə Birinci
vitse-prezident, fondun prezidentiMehriban Əliyevaya minnətdarıq”, – deyə o
bildirib.

Qeyd edək ki, kəskin plevritdən (ağciyərə su yığılması) əziyyət çəkən 81 yaşlı
qarmon ifaçısı Aftandil İsrafilov noyabrın əvvəlində və dekabr ayında da
xəstəxanaya aparılıb, daha sonra səhhəti normallaşıb. O uzun müddətdir
xəstəxanada müalicə alır.

Source link