Qled ilə bu bahar evinizə zövqlü rahatlıq qatın

Qled ilə bu bahar evinizə zövqlü rahatlıq qatın

Baxış sayı: 2. 766 dəfə baxılıb.

Yazın gəlişi ilə təbiət yenilənir və bizi parlaq rəngləri ilə sevindirir. Belə parlaq və canlı rəngləri, yəqin ki, yalnız təbiət ifadə edə bilər: yaşıl çəmənlər, göy səma, rəngbərəng güllər. 

QLED televizorları ilə bu hal dəyişir, onların milyardlarla incə rəng çalarlarını ötürmə qabiliyyəti sayəsində siz evinizdə oturarkən belə, yazın gəlişini hiss edə bilərsiniz.

QLED TV təsvirin ötürülmə sahəsində yeni dövr elan edib. Bu televizorlar otağın işıqlandırılması və baxış bucağı təsvir keyfiyyətinə heç bir təsir göstərmədən, inanılmaz görüntü dərinliyi və  dəqiqliyini ötürməyə qadirdir. İzləyici istənilən halda ideal kadr əldə edərək, ekranda baş verənlərin ab-havasına dalır. 

Qled TV bütün işıq keçidlərini olduğu kimi ifadə edən həcmli görüntünü ötürmə qabiliyyətinə malikdir. Belə ki, bu displeylər insan gözünün seçə biləcəyi hər bir rəngi ifadə etməyə qadirdirlər.

Quantum Dot texnologiyası sayəsində bu televizorlarda təsvir dolğun və təbiidir. Bu texnologiya televizor ekranını tam əhatə edən nöqtələrdən ibarət örtüyə bənzəyir. Bu örtüyün hər bir hissəciyi geniş rəng spektri və incə rəng çalarlarını canlandıra bilir. Bunun nəticəsində displeydə işıqlı, parlaq və təbii təsvir əldə edilir. 

Əlavə olaraq geniş rəng diapazonu, dərin qara, parlaq ağ rənglərin ötürülməsi və HDR texnologiyasının dəstəklənməsi isə sizə seyrdən zövq almağa imkan yaradır. Siz təsvirin hər bir detalını və rəng incəliyini rejissorun düşündüyü kimi görürsünüz.

Adətən, bizə “qaranlıq” görünən səhnələr QLED ilə canlı, həyatda olduğu kimi, bir=birindən fərqli kölgələr və rəng keçidləri ilə ötürülür. Bu Quantum Dot təxnologiyasında istifadə edilən kvant nöqtələrinin hər birinin milyonlarla rəng çalarını ifadə etmək bacarığından irəli gəlir. Hər bir nöqtə ayrı-ayrılıqda təsvirin xırda detalını canlandıraraq birlikdə ümumi görüntü yaradır. 

Hər səhər yaz günəşinin evinizi bəzədiyi kimi, QLED televizorlarları da hər bir interyerin bəzəyidir. “Samsung” hər zaman “keyfiyyət – gözəldir” şüarı altında çalışaraq bu dəfə də QLED TV-ni əsl sənət əsərinə çevirib. Burada hər bir incəlik nəzərə alınıb: zərif altlıq, hamar metaldan hazırlanmış arxa panel və “gözəgörünməz” qoşulma kabeli.

One Connect qoşulma texnologiyası –  incə kabel vasitəsilə bütün cihazların qoşulduğu dok-stansiyaya çıxışın təmin edilməsidir. Onun sayəsində otaq sahəsi boyunca çəkilmiş və sizə narahatlıq yaradıb, evinizin quruluşunu pozan dolaşıq naqillərə ehtiyac qalmır.

“Çərçivəsiz” və “kabelsiz” televizor gözləriniz önündə yaz günəşinin işığında qeyb olaraq, artıq evinizin bir hissəsinə çevriləcək. 

Yaz öz gəlişi ilə necə təbiəti yeniləyirsə, QLED TV də sizə premium keyfiyyəti bəxş edərək evinizi canlı rənglər və zövq oxşayan dizaynı ilə yeniləyəcək. 

“Samsung” QLED TV televizorları haqqında əlavə məlumat almaq üçün Baku Electronics, Kontakt Home, Maxi.az, Soliton və Optimal mağazalar şəbəkəsinə müraciət edə bilərsiniz.

www.ÇıxışYolu.Com