Qonağı öldürən ər-arvadın məhkəməsi başlayıb

Qonağı öldürən ər-arvadın məhkəməsi başlayıb

Baxış sayı: 3. 622 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Quba rayon sakini Eşqin Rəsulov və Ramella Əlmuradovanın Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib. 

ÇıxışYolu.Com-ın məlumatına görə, cinayət ötən il noyabrın 25-də Quba rayonunun Alpan kəndində baş verib. 

Kənd sakini, 28 yaşlı Anar Babayev axşam saatlarında siqaret almaq üçün evdən çıxıb və bir daha geri qayıtmayıb. Səhər isə yaxınları onun ölüm xəbərini eşidiblər.

Məlum olub ki, o həmkəndlisi və uşaqlıq dostu, əvvəllər məhkum olunan Eşqin Rəsulov tərəfindən qətlə yetirilib. Həmin gün şübhəli şəxs qismində onu və qeyri-rəsmi nikahda yaşadığı Ramella Əlmuradovanı Quba RPŞ-nin əməkdaşları saxlayıblar. 

İttihama görə, Eşqin Rəsulov Anar Babayevi evinə dəvət edib, orada birlikdə spirtli içki qəbul edərək, qumar oynayıblar. Oyunun gedişatında Anar Eşqini təhqir edib. Buna görə sonuncu qonağını yerə yıxaraq, ona yumruq və təpik zərbələri endirib.

Babayev müqavimət göstərdiyi üçün Rəsulov arvadına, dostunun əl-qolunu bağlamaq üçün ip gətirməsini deyib. Ramella ipi gətirəndən sonra Eşqinin Anarın əl-qolunu bağlayıb. Köməksiz vəziyyətdə qalan Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, Eşqin Rəsulov ilkin ifadəsində, dostunu, arvadını zorlamaq istədiyi üçün qətlə yetirdiyini bildirib, lakin istintaqın gedişatında qətlin qumar üstündə baş verdiyi məlum olub. 

Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış ayın 18-nə təyin edilib.

www.ÇıxışYolu.Com