6393281d-d30d-463b-9871-a98d23e832a3..jpg

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi TÜRKPA-da müşahidəçi statusu alıb

Baxış sayı: 726 dəfə baxılıb.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi TÜRKPA-da müşahidəçi statusu alıb

Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri Parlament
Assambleyasının (TÜRKPA) 12-ci plenar iclasında təşkilatın Qoşulmama Hərəkatı
Parlament Şəbəkəsində müşahidəçi statusu alması ilə bağlı müraciət edilməsi
məsələsi nəzərdən keçirilib və dəstəklənib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat
verilib.

Bildirilib ki, plenar iclasda həmçinin Parlament Şəbəkəsinin TÜRKPA-da
müşahidəçi statusu əldə etməsi ilə bağlı müraciətinə də baxılıb. Müraciət
müsbət qiymətləndirilib və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə TÜRKPA-da
müşahidəçi statusu verilib.

Milli Məclisin və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə
Qafarova çıxışında qeyd edib ki, TÜRKPA-nın beynəlxalq əlaqələrinin
genişlənməsi təqdirəlayiqdir.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Milli Məclisinin hazırda sədrlik
etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə TÜRKPA arasında cari ilin
fevral ayında imzalanmış əməkdaşlığa dair anlaşma memorandumu, həmçinin
müşahidəçilik əsasında gələcək qarşılıqlı fəaliyyət TÜRKPA-nın beynəlxalq
əlaqələrinin daha da güclənməsinə xidmət edəcək.

Source link