7f0752fa-0761-41e8-a463-8fde421b45d9..jpg

Qram-qram oğurlamışdı, kilo ilə ələ keçdi

Baxış sayı: 873 dəfə baxılıb.

Qram-qram oğurlamışdı, kilo ilə ələ keçdi

Çukotkada (Rusiya) hava limanında çamadanının tutacağında təxminən 5 kiloqram
qızıl keçirməyə cəhd edən şəxs saxlanılıb.

Məlumata görə, İrkutskdan 39 yaşlı Andrey S. nəzarətdən keçərkən çamadanı
təhlükəsizlik əməkdaşlarının diqqətini cəlb edib. Metal detektoru ilə yoxlama
zamanı çamadanın tutacağında sarı rəngli daş aşkar edilib. Andrey bunun qızıl
olduğunu deyib.

Daha sonra ifadə zamanı Andrey 2019 və 2020-ci ilin yayında şlix qızıl
hasilatı ilə məşğul olan yerli sənətkarlıq artelində zənginləşdirici işlədiyini
deyib. Qızıl Mayna çayında açıq üsulla hasil edilib. Onun vəzifəsi avadanlıq
qurmaq və qızılı çıxartmaq olub.

Andrey işlədiyi müddətdə bu qızılı az-az oğurlayıb və meşədə gizlədib. 2020-ci
ilin sentyabr ayında işdən çıxdıqdan sonra o, bütün bu qızılları toplayıb və
tərk edilmiş bir evdə gizlədib.

2023-cü ildə nəhayət əmanətlərini geri götürmək qərarına gəlib, Çukotkaya tur
alıb və gizlətdiyi qızılları götürərək şəhərdən çıxarmağa çalışıb.

Aparılan ekspertiza göstərib ki, onun çamadanından tapılan xırda qayalar
həqiqətən də 4 kiloqram 660 qram çəkisi olan şlix qızıldır. Müsadirə edilən
qiymətli metalın dəyəri 24 milyon rubl (505,8 min manat) təşkil edir.

Həmin şəxs barəsində “Qiymətli daşların qanunsuz dövriyyəsi” maddəsi ilə iş
başlanılıb və istintaq müddətində ondan şəhərdən çıxmaması barədə yazılı
iltizam alınıb.

Mənbə: “BAZA” “Telegram” kanalı

Source link