Qubad İbadoğlu – Mübariz Mənsimov “İŞBİRLİYİ”: FETÖ-çü “duet”i kim və necə yönləndirir?

Baxış sayı: 512 dəfə baxılıb.

Qubad İbadoğlu – Mübariz Mənsimov “İŞBİRLİYİ”: FETÖ-çü “duet”i kim və necə
yönləndirir?

Azərbaycanda FETÖ terror şəbəkəsinə qarşı ötən ay səs-küylü əməliyyatın
keçirilməsi və nəticədə iqtisadçı-siyasətçi Qubad İbadoğlu da daxil olmaqla bir
neçə nəfərin həbs edilməsi gülənçiləri, eyni zamanda, onlarla sistemli mübarizə
məsələsini yenidən xeyli aktuallaşdırıb.

Ölkə.Az-ın məlumatına görə, ümumiyyətlə, ölkədə bir müddət diqqətdən və
nəzarətdən kənar qalmış kimi görünən fətullahçı güruh əleyhinə xüsusi
əməliyyatın gerçəkləşdirilməsi bu terrorçu şəbəkənin Azərbaycandakı
dayaqlarının tam şəkildə sıradan çıxarılmasına yönəlik tədbirlərin gec də olsa,
növbəti mərhələsi kimi qiymətləndirilir.

Doğrudur, sosial şəbəkələrdə və FETÖ ilə bağlılığı şübhə doğurmayan media
orqanlarında sözügedən əməliyyata, o cümlədən, aparılan həbslərə münasibət
birmənalı olmasa da, tədricən ictimailəşdirilən müəyyən məlumatlar bu
tədbirlərin nə qədər zəruri olduğuna dair qəti qənaət formalaşdırır.

Bu əməliyyatdan sonra ortaya çıxan ilk sualların qısa rüzümesi bundan
ibarətdir ki, yuxarıda da vurğulandığı kimi, uzun zaman “gözdən və könüldən
uzaq” qalan FETÖ birdən-birə nədən xatırlandı və Azərbaycandakı gülənçilər
əleyhinə bu qəfil tədbirləri hansı amillər şərtləndirdi?
Təbii, FETÖ-nün “beşiyinin” Türkiyədə olduğunu nəzərə aldıqda, bu sualların
cavabının tapılması üçün qardaş ölkədəko son proseslərə nəzər salmaq lazım
gəlir. Türkiyədə bu ilin mayında baş tutan prezident və parlament seçkiləri
ərəfəsində, həmçinin seçki kampaniyasının yüksək templə davam etdiyi təqribən
üç aylıq zaman kəsimində türk cəmiyyətində siyasi fəallığın və təbii ki
gərginliyin hansı həddə çatdığını hər kəs xatırlayır.

Qeyd etmək lazımdır ki, bu seçkilərdə AK Parti iqtidarını və Rəcəb Tayyib
Ərdoğanı devirməyi özünün əsas prioriteti seçən kollektiv Qərbin nəzarətindəki
bütün mümkün vasitələri bu işə cəlb etməsi Türkiyədəki bir çox dairələri, eləcə
də FETÖ-nü xeyli ümidləndirərək hərəkətə keçirmişdi. Aparılan təbliğatın
etforiyasına qapılan gülənçilər bu seçkiləri Ərdoğanın sonu olaraq
dəyərləndirərək “səngər”dən çıxmağa hazırlaşdılar.

Ancaq seçkilərin nəticəsi Qərbi də, gülənçi şəbəkəni də dərin xəyal
qırıqlığına uğratdı. Ərdoğan ikinci turda olsa belə yenidən prezident seçildi,
AK Partiya isə MHP və digər müttəfiqləri ilə birlikdə parlamentdə üstünlüyü
təmin etdi. Belə bir vəziyyətdə növbəti dəfə baş qaldırmağa hazırlaşan FETÖ
planlarının suya düşməsi səbəbindən Türkiyənin ən yaxın müttəfiqi, eləcə də
gülənçi şəbəkənin ayaqda olduğu Azərbaycanda fəallaşmağa qərar verməli oldu.

Gülənçilərin Azərbaycanda təşkilatlanamağa başladıqları ilkin dönəmdən
məlumdur ki, FETÖ-nün strukturlaşmaq üçün seçdiyi ən münbit sahə təhsil
sektorudur. Azərbaycanın müxtəlif regionlarında şəbəkəyə bağlı onlarla məktəbin
istifadəyə verilməsi və həmin müəssisələrdə “potensial kadr”ların
yetişdirilməsi FETÖ-nün uzaqmənzilli hədəflərinin mühüm tərkib hissəsi idi.

O baxımdan, Azərbaycanda şəbəkə mənsublarına qarşı keçirilmiş son əməliyyat
zamanı həbs edilənlərin də əsasən, bu seqmentə aid olmaları əsla təəccüblü
deyil. Digər tərəfdən, haqqında danışılan əməliyyatın təşkilində Türkiyənin
informativ iştirakı və ardınca Fazil Qasımovun Türkiyədə həbs edilməsi Bakı ilə
Ankaranın bu işdə sinxron davrandıqlarını təsdiqləyir.
Bu arada müxtəlif kanallarla yayılan məlumatlarda Qubad İbadoğlu ilə FETÖ-çü
olduğu ifşa edilən iş adamı Mübariz Mənsimovun əlaqələrinin mövcudluğundan bəhs
edilir. Fazil Qasımovun isə onların, həmçinin Türkiyədəki tələbələr və media
qurumları arasında əlaqənin qurulmasında, yönəlndirilməsində birbaşa iştirak
etdiyi bildirilir. Konkret desək, bu məlumatlar Qubad İbadoğlu ilə Mübariz
Mənsimovun birgəliyini, FETÖ-nün tapşırıqlarını birlikdə icra etdiklərinə şübhə
yeri qoymur.

Bəhs olunan çərçivədə maraqlı məqamlardan biri də Azərbaycanda bu şəxslərə
rəğbətlə yanaşan müəyyən çevrənin mövcudluğudur. O çevrəyə daxil olanlar
İbadoğlu və Mənsimovla eyni mövqedədirlər. Düzdür, Mənsimova rəğbət məsələsində
iş adamanın onlara mnasibətdə səxavətli davranışı mühüm rol oynasa da, onun
ətrafında sırf ideolji prinsipə görə qərarlaşanlar və bu üzdən xüsusi təhlükə
kəsb edənlər də var. Özü də sonuncu kateqoriyaya məxsus olanlar bürokratiya,
siyasət, media, QHT, təhsil və başqa sektorlarda yerləşiblər.

Göründüyü kimi, FETÖ-nün Azərbaycanda “lövbər saldığı” bütün sahələr strateji
əhəmiyyəti olan seqmentlərdir. Bu şəbəkənin əsas fiqurları qazandıqları
destruktiv təcrübə sayəsində insanların “damar”ını tuta və onların düşüncələri
ilə manipulyasiya etməyi yaxşı bacarırlar. Bütün hallarda demək mümkündür ki,
gülənçi şəbəkənin və onun aparıcı fiqurlarının fəaliyyətinə dair bu detalları
dövlətin müvafiq orqanları da tam olaraq təsbit ediblər. Ona görə də, Türkiyə
ilə Azərbaycanın FETÖ əleyhinə sıx koordinasiya şəraitində həyata keçirdikləri
fəaliyyətin daha ciddi nəticələrinin olacağını gözləmək üçün yütərincə əsas var.

Source link