ed695b5f-fcd5-43af-ad96-40f04c910376..jpg

Qubada azyaşlılara tütün məmulatı və alkoqollu içkilər satanlar cərimələnib

Baxış sayı: 923 dəfə baxılıb.

Qubada azyaşlılara tütün məmulatı və alkoqollu içkilər satanlar cərimələnib

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin
və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi
olaraq tədbirlər keçirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində
keçirdikləri tədbirlər nəticəsində bir neçə mağazada satıcıların yetkinlik
yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib. Həmin satıcılar
barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil
(yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik
yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.

Qeyd edək ki, bu istiqamətdə tədbirlər davam etdirilir.

Source link