0fe91303-99f7-4492-acb2-beb008d2dade..jpg

Qubada müəllimin özünə xəsarət yetirməsi ilə bağlı prokurorluqda araşdırma başladı – VİDEO

Baxış sayı: 722 dəfə baxılıb.

Qubada müəllimin özünə xəsarət yetirməsi ilə bağlı prokurorluqda araşdırma
başladı – VİDEO

“Qubada Birinci Nügədi kənd sakini, ibtidai sinif müəllimi Aygün
Mustafayevanın özünə bıçaqla xəsarət yetirməsi ilə bağlı rayon prokurorluğunda
araşdırma aparılır”.

Bunu Cixisyolu.com-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən
bildirib.

Bildirilib ki, toplanmış sübutlar nəticəsində hadisəyə hüquqi qiymət verilərək
müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən isə bildirilib ki, məsələ araşdırılır
və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Qubada Birinci Nügədi kəndin 1 nömrəli tam orta məktəbində
ibtidai sinif müəllimi Aygün Mustafayeva və direktor müavini Sara Nağıyeva
arasındamübahisə düşüb.

Mübahisə əsnasında əl-qol hərəkətləri olduğundan direktor müavini müəllimi
polisə şikayət edib.

Daha sonra Aygün Mustafayeva yaşadığı evdə özünə xəsarət yetirib və yaxınları
tərəfindən xəstəxanaya çatdırılıb.

Hazırda onun intizamsız davranışları davam edir.

İlhamə Əbülfət


Source link