1533b7bd-3e37-4b94-ae3b-96db1ec1e075..jpg

Qubadlı rayonunun Yusifbəyli kəndi – FOTO

Baxış sayı: 572 dəfə baxılıb.

Qubadlı rayonunun Yusifbəyli kəndi – FOTO

Qubadlı rayonunun Yusifbəyli kəndi Həkəri çayının sahilində, İncə düzündə
yerləşir.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Erməni
vandalları işğal dövründə bu kəndi də yerlə bir edərək xarabalığa çeviriblər.
Kənddə XVIII əsrdə inşa olunmuş məscid də erməni vandalizminə məruz qalıb.
İşğal dövründə yarıuçurulmuş vəziyyətdə olan məsciddə heyvan saxlanılıb.

Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu
2020-ci il oktyabrın 25-də kəndi işğaldan azad edib.

AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Yusifbəyli kəndinin
görüntülərini təqdim edir.

Source link