“Quran-i Kərim”i yerdən götürmək istədi, şəhid oldu

“Quran-i Kərim”i yerdən götürmək istədi, şəhid oldu

Baxış sayı: 7. 380 dəfə baxılıb.

Türk Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin bölgəsində terrorçulara qarşı aparılan  “Zeytun budağı” əməliyyatında şəhid olan hərbçi (uzman çavuş – red.) Orhan Sürmenin necə və hansı şəraitdə şəhid olması məlum olub.

ÇıxışYolu.Com-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, O. Sürmen Afrinin Dermaşanlı kəndində  terrorçular tərəfindən yerə qoyulmuş “Quran-i Kərim”i götürməyə, daha doğrusu, ona bağlanmış  patlayıcını zərərsizləşdirməyə çalışarkən, patlayıcının işə düşməsi nəticəsində şəhid olub.

Qeyd edək ki, həmin vaxt səkkiz türk əsgəri də ağır yaralanmışdı.

23 yaşlı O. Sürmen doğulduğu Kahramanmaraşda dəfn olunub.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com